Əraqçı: İrana qarşı hər hansı düşmən hərəkət dərhal cavablandırılacaq
İran silahlı qüvvələri mülki gəmiçiliyə hücum etmək və atəşkəsi pozmaq üçün ABŞ-nin icazəsi ilə istifadə olunan obyektlərə zərbələr endirir.
Crossmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında bildirib.
O vurğulayıb ki, İrana qarşı hər hansı düşmənçilik hərəkəti dərhal və qətiyyətli cavabla qarşılanacaq.
Əraqçı həm də əlavə edib ki, nə sanksiyalar, nə də müharibə fayda verməyib və gələcəkdə də heç bir nəticə verməyəcək.
23:42 03.06.2026
Oxunuş sayı: 48