Rubio: Rusiya ilə dialoqu qorumalıyıq
ABŞ administrasiyası Rusiya ilə diplomatik münasibətləri saxlamalı və ikitərəfli dialoqu davam etdirməlidir.
Crossmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində bildirib.
"Düşünürəm ki, burada müzakirə ediləcək iki məsələ var. Biri danışıqlar yolu ilə həll olunmasını istədiyimiz Ukraynadakı müharibə və ayrıca olaraq, dünyanın ən böyük nüvə arsenalına sahib olmasa da, ikinci ən böyük nüvə arsenalına sahib olan bir ölkə ilə ikitərəfli münasibətlərdir. Ən azı Rusiya ilə münasibətləri və dialoqu qorumalıyıq", - deyə o bildirib.
23:35 03.06.2026
Oxunuş sayı: 47