Köçəryan Ermənistanın Rusiya ilə qarşıdurma xəttini tutduğunu bildirib
Ermənistan süni şəkildə respublikanın maraqlarına zidd olan bir gündəmə daxil edilib.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti Robert Köçəryan deyib:
"İrəvanın maraqları tam əksindədir: həm Rusiya ilə əlaqələri, həm də Avropa İttifaqı(Aİ) ilə münasibətlərin yaxşılaşdırılmasını əhatə edən tamamlayıcı siyasət. Lakin mövcud hakimiyyət Moskvaya alternativlərinin olduğunu sübut etməyə çalışaraq qarşıdurma yolunu davam etdirir".
"Bu, eskalasiya yoludur; alternativ yoxdur. Ermənistan son səkkiz ildə Aİ-yə hansı kənd təsərrüfatı məhsulları ixrac edib? Heç nə, ya da demək olar ki, heç nə. Aİ ölkələrindəki fermerlər heç vaxt hökumətlərinin onların maraqlarını heç bir şəkildə pozmasına icazə verməyəcəklər. Kənd təsərrüfatı itkilərinin tam şəkildə kompensasiya edilə biləcəyini düşünən hər kəs problemin miqyasını və dərinliyini sadəcə başa düşmür", -o, bildirib.
23:32 03.06.2026
Oxunuş sayı: 47