Rusiya ABŞ və İran arasında müharibənin yenidən başlanmasından narahatdır
Rusiya ABŞ və İran arasında bölgədə genişmiqyaslı münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək hücum mübadiləsindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Həqiqətən də, bizdə olan məlumata görə, iyunun 2-də Fars körfəzində yerləşən Amerika qüvvələri İranın Qeşm adasında yerləşən radarlara və PUA idarəetmə mərkəzlərinə hücum edib. Amerika blokadasını pozub Xark adasına doğru irəliləməyə çalışan İran neft tankerinə də hücum edilib".
23:27 03.06.2026
Oxunuş sayı: 40