Zelenskidən xəbərdarlıq: Rusiyaya hücumlar artırılacaq
Ukrayna Rusiyanın hücumlarına cavab olaraq ədalətli zərbələr endirir və bu cür hərəkətlərin miqyasını artırmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bu gün Sankt-Peterburqa edilən hücumla bağlı bildirib.
"Düzünü desəm, Putinin(Red: Rusiya prezidenti Vladimir Putin) hara, hansı gün gedəcəyi ilə bağlı dəqiq bir cədvəlim yoxdur. Biz Ukraynaya edilən zərbələrə cavab veririk. Hesab edirəm ki, bunlar ədalətli zərbələrdir. Bir gün əvvəl böyük bir hücum oldu, biz də onlara müvafiq cavab verdik"-deyə, o qeyd edib.
23:07 03.06.2026
Oxunuş sayı: 40