Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu deyib
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa sülh danışıqlarına hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, O, bu sözləri Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski deyib: "ABŞ-nin dünyadakı bütün münaqişələrə son qoymasını gözləməmək üçün bu müharibəyə son qoymaq üçün Putinlə birbaşa danışıqlara hazıram və sonra növbə bizim olacaq".
Prezidentin sözlərinə görə, Kiyev uzun müddətdir ki, Ağ Ev rəhbəri Donald Tramp administrasiyasının nümayəndələrinin səfərini gözləyir.
22:04 03.06.2026
Oxunuş sayı: 58