Tramp: İranın ali rəhbərliyi aradan götürülüb
Bu gün ABŞ prezidenti Donald Tramp İranın münaqişədə üstünlüyü ələ keçirdiyi barədə iddiaları rədd edib.
Crossmedia.az xəbər verir ki, o bu barədə “The New York Post” qəzetinin “Pod Force One” podkastında çıxışı zamanı danışıb.
ABŞ prezidentinin sözlərinə görə, İranın hərbi imkanları haqqında səsləndirilən bəzi dəyərləndirmələr reallığı əks etdirmir.
“İranın donanması yoxdur. Onların hava qüvvələri yoxdur. Onların çox az əsgəri var. İranın ali rəhbərliyi də aradan götürülüb”, – deyə o, əlavə edib.
20:50 03.06.2026
Oxunuş sayı: 45