Peskov: Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna hazırlaşır
Rusiya prezidenti Vladimir Putin artıq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu(SPIEF) çərçivəsində tədbirlərə hazırlıqlara başlayıb və forumun plenar iclasında edəcəyi çıxış üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, bildirib ki, Rusiya lideri SPIEF-dəki çıxışında siyasi məsələlərə də toxunacaq,
"Əlbəttə ki, heç bir iqtisadiyyat siyasi boşluqda mövcud deyil. Bu və ya digər şəkildə siyasi məsələlərlə qarşılıqlı əlaqə həmişə mövcuddur, ona görə də buna da diqqət yetiriləcək."
19:07 03.06.2026
Oxunuş sayı: 50