Kiyev Ermənistanla bağlı mümkün ssenarini açıqladı
Ukrayna Rusiyanın Ermənistana qarşı aqressiya ehtimalını istisna etmir.
Crossmedia.az xəbər verir ki, rəsmi Kiyev Rusiyanın Ermənistana qarşı mümkün aqressiya ssenarisini real hesab edir.
Ukrayna tərəfinin qiymətləndirməsinə görə, Moskvanın İrəvana təzyiq göstərmək üçün kifayət qədər imkanları mövcuddur. Bununla yanaşı, hadisələrin inkişafında əsas amil kimi Ermənistan cəmiyyətinin vəziyyəti və ölkədaxili proseslər göstərilir.
Kiyevdə hesab edirlər ki, Rusiya öz maraqlarını irəli aparmaq üçün Ermənistandakı daxili ziddiyyətlərdən istifadə etməyə çalışa bilər.
Ukrayna rəsmiləri qeyd ediblər ki, regionda təhlükəsizlik vəziyyətinin gələcək inkişafı həm Ermənistanın daxili sabitliyindən, həm də xarici təsirlərə qarşı dayanıqlılığından asılı olacaq.
17:14 03.06.2026
Oxunuş sayı: 54