Fermerlərə böyük dəstək: Ermənistan hökuməti QƏRAR VERDİ
Ermənistan hökuməti kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmləri tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında istixanalarda yetişdirilən tərəvəzlərin, çiyələyin və güllərin ixracına subsidiya verilməsini nəzərdə tutan qanun layihəsinin təsdiqlənməsi gözlənilir.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, Avropa İttifaqı ölkələrinə ixrac olunan təzə meyvə, tərəvəz və güllərə görə ödənilən gömrük rüsumlarının geri qaytarılması da planlaşdırılır.
Bununla yanaşı, hökumət meyvə ixracatçılarına əlavə subsidiyaların ayrılacağını və bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənəcəyini vəd edir.
Rəsmi İrəvan hesab edir ki, yeni təşviq tədbirləri kənd təsərrüfatı məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artıracaq və ixrac həcmlərinin genişlənməsinə töhfə verəcək.
17:58 03.06.2026
Oxunuş sayı: 49