İran hücumundan sonra Küveyt Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Küveyt Beynəlxalq Hava Limanı İran tərəfindən həyata keçirildiyi iddia edilən hücumdan sonra fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, "KUNA"-nın məlumatına görə, Küveyt Beynəlxalq Hava Limanının T1 sərnişin terminalı pilotsuz uçuş aparatları və raket hücumuna məruz qaldıqdan sonra fövqəladə vəziyyət planı işə salınıb.
Bildirilir ki, hücum nəticəsində hava limanının bir neçə obyektinə ciddi ziyan dəyib və itkilərin olduğu qeyd olunur.
Küveyt Mülki Aviasiya Baş İdarəsi isə açıqlamasında hadisənin hava limanı infrastrukturuna ciddi təsir göstərdiyini və uçuşların müvəqqəti dayandırıldığını bildirib.
Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.
12:16 03.06.2026
Oxunuş sayı: 41