Tramp İranın geri çəkildiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp İranın əvvəlcə zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşdığını, lakin sonradan bu mövqedən geri çəkildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Tehranın razılığı rəsmi sənəddə təsdiqləmədiyini bildirib.
“Əvvəlcə mənə dedilər ki, ‘onu əldə edəcəksən, amma çıxarmalısan’. Çünki obyekt çox ciddi zədələnib və dünyada bunu edə biləcək cəmi iki ölkə var”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp qeyd edib ki, sözügedən nüvə materialını çıxarmaq imkanına yalnız ABŞ və Çin malikdir.
ABŞ prezidenti həmçinin İranla bağlı atəşkəs rejiminin “inanılmaz dərəcədə kövrək vəziyyətdə” olduğunu da bildirib.
11:00 12.05.2026
Oxunuş sayı: 94