Ermənistanda seçicilərin sayı məlum olub
Son məlumata görə Ermənistanın seçici reyestrində 2.482.827 seçici var.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
Miqrasiya Xidməti qeyd edibki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin ümumi sayı seçkidən 30, 20 və 10 gün əvvəl dərc olunur və bu zaman müvəqqəti yaşayış yeri üzrə seçki məntəqəsində qeydiyyatdan keçənlər, öz seçimləri ilə seçki məntəqəsində qeydiyyatdan keçənlər və daimi qeydiyyatı olmayanlar göstərilir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə on doqquz siyasi qüvvə iştirak edəcək : iki blok və 17 partiya.
20:17 08.05.2026
Oxunuş sayı: 34