Çin 9 May paradında iştirak etmək üçün Rusiyaya heyət göndərməyəcək
Çin Moskvada keçiriləcək 9 May paradına rəsmi nümayəndə heyəti göndərməyəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cianın sözlərinə görə, tədbirdə yalnız Rusiyadakı Çin səfirliyinin əməkdaşları iştirak edəcək. Pekin xüsusi hökumət nümayəndə heyəti göndərməyəcək.
Keçən il Çin lideri Si Cinpin Moskvada keçirilən paradda şəxsən iştirak etmişdi, Kreml isə təxminən 30 ölkənin liderini qəbul etmişdi.
2026-cı ildə Rusiya hakimiyyəti əvvəlcə xarici qonaqların 9 May paradına dəvət olunmadığını iddia etmişdi, lakin Kreml daha sonra iştirakçıların siyahısını dərc etdi.
18:20 08.05.2026
Oxunuş sayı: 35