Tokayev Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın paytaxtı Moskvadə keçiriləcək rəsmi mərasimlərdə iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Səfər çərçivəsində Kasım-Jomart Tokayev ilə Vladimir Putin arasında ayrıca görüşün keçirilməsi planlaşdırılır.
Məlumata görə, görüşdə tərəflər Rusiya prezidentinin may ayının sonunda Qazaxıstana nəzərdə tutulan səfəri öncəsi strateji əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəklər.
17:55 08.05.2026
Oxunuş sayı: 32