Türkiyə yeni qanun layihəsi hazırlayır
Türkiyə dəniz yurisdiksiyası ilə bağlı yeni qanun layihəsi üzərində işləyir. Məlumata görə, sənəd Egey dənizi və Aralıq dənizinin mübahisəli ərazilərində Ankaranın mövqeyini gücləndirməyi hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qanun layihəsinin əsas məqsədinin dənizdə mümkün təbii qaz ehtiyatlarına dair hüquqların rəsmiləşdirilməsi olduğu bildirilir.
Sənədin Ankara tərəfindən dəniz sərhədləri və iqtisadi zonalar üzrə iddiaların hüquqi əsaslarını möhkəmləndirmək üçün atılan növbəti addım kimi qiymətləndirildiyi qeyd olunur.
17:47 08.05.2026
Oxunuş sayı: 26