Rubio: Ukrayna ilə bağlı vasitəçilik cəhdləri hələlik nəticə verməyib
ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı prosesə dair açıqlama verib və Vaşinqtonun roluna toxunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ indiyə qədər münaqişə üzrə vasitəçi rolunu oynamağa çalışıb, lakin müxtəlif səbəblərdən bu cəhdlər gözlənilən nəticəni verməyib.
Rubio qeyd edib ki, əgər gələcəkdə proses daha məhsuldar nəticələr verə biləcəksə, ABŞ bu vasitəçi rolunu yenidən üzərinə götürməyə hazırdır.
“Biz bu prosesdə vasitəçi rolunu oynamışıq və oynamağa çalışmışıq. İndiyə qədər bir sıra səbəblərə görə məhsuldar nəticə verməyib. Əgər məhsuldar ola bilsə, bu rolu oynamağa hazırıq”, – deyə o vurğulayıb.
17:22 08.05.2026
Oxunuş sayı: 28