Paşinyan: İtirilmiş ərazilər heç vaxt Ermənistana məxsus olmayıb
Ermənistanın baş naziri Nikol Paşinyan 1988-ci ildə başlayan qondarma “Qarabağ” hərəkatını “ölümcül səhv” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyan Kornidzor kəndində çıxışı zamanı bildirib ki, həmin hərəkat Ermənistan üçün ciddi nəticələrə səbəb olub və dövlətin inkişafına maneələr yaradıb.
“Etiraf etməliyik ki, Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi”, – deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, ötən illərdə münaqişə ilə bağlı “qələbə” anlayışının yanlış təqdim olunduğunu düşünür. Onun sözlərinə görə, Ermənistanda firavanlıq və azadlıq mühitinin yaranmamasında bu proseslər də rol oynayıb.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın “ərazi itirdiyi” ilə bağlı iddiaları qəbul etmir: “Əslində, itirməkdə ittiham olunduğumuz ərazilər heç vaxt bizə məxsus olmayıb”.
O, son illərdə keçdiyi siyasi yolu çətin adlandırsa da, bu təcrübənin ona daha doğru nəticələr çıxarmağa imkan verdiyini bildirib.
17:57 08.05.2026
Oxunuş sayı: 29