Ərdoğan: Türkiyə müstəqilliyinə qəsd edən istənilən qüvvənin iradəsini qırmağa qadirdir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən SAHA 2026 sərgisinin bağlanış mərasimində çıxış edib və ölkənin müdafiə sənayesi, iqtisadi əməkdaşlıqları və strateji gücü ilə bağlı mühüm mesajlar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan bildirib ki, sərgi çərçivəsində imzalanan 182 saziş nəticəsində ümumi ticarət həcmi 8 milyard dollara çatıb. Onun sözlərinə görə, bu məbləğin 6 milyard dolları birbaşa ixrac müqavilələrini əhatə edir. Prezident bu göstəricilərin Türkiyənin sənaye və müdafiə sahəsində artan gücünü nümayiş etdirdiyini qeyd edib.
Çıxışında qlobal təhlükəsizlik və yeni texnoloji dövrə də toxunan Ərdoğan, ənənəvi güc anlayışlarının dəyişdiyini və artıq inteqrasiya olunmuş, çoxqatlı sistemlərin ön plana çıxdığını vurğulayıb. O, Türkiyənin bu yeni mərhələdə əsas oyunçulardan biri olduğunu bildirib.
Prezident çıxışının sonunda sərt mesaj da verib:
“Türkiyə öz müstəqilliyinə və gələcəyinə qəsd etməyə cəsarət edən istənilən düşmən elementin iradəsini qırmağa qadirdir.”
17:08 08.05.2026
Oxunuş sayı: 39