Hörmüz boğazında Çin ekipajını daşıyan neft tankerinə hücum edilib
Çin Xarici İşlər Nazirliyi Hörmüz boğazında Çin vətəndaşlarının olduğu neft tankerinin hücuma məruz qaldığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı bildirib ki, gəmidə Çin vətəndaşları olub, lakin hazırda ekipaj arasında itkilərlə bağlı məlumat yoxdur.
Pekin hadisədən narahatlığını ifadə edib və Yaxın Şərqdə davam edən gərginliyin dəniz nəqliyyatına təsirlərini diqqətdə saxladığını açıqlayıb.
17:27 08.05.2026
Oxunuş sayı: 29