Bankda işçi girov götürülüb
Qərbi Almaniyanın Sinziq şəhərində yerləşən banklardan birində girov götürülmə hadisəsi qeydə alınıb. İlkin məlumata görə, silahlı şəxs səhər saatlarında “Volksbank”a daxil olaraq nağd pul yığım işçisini girov götürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata əsasən, cinayətkar və girov hazırda bankın seyf otağında saxlanılır. Ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib.
17:04 08.05.2026
Oxunuş sayı: 33