Kamala Harrisdən Trampa: O, təhlükəlidir
ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Las-Veqasda Nevada Demokratlarının tədbirində çıxışı zamanı İrandakı vəziyyət və ölkəsinin siyasəti ilə bağlı sərt açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Harris bildirib ki, İrana qarşı mümkün müharibə ABŞ xalqının istəyi deyil və Konqres tərəfindən də təsdiqlənməyib:
“İrandakı bu müharibəyə baxdıqda — Amerika xalqının istəmədiyi, Konqres tərəfindən icazə verilməyən, lakin icazə verilsə belə, heç başlanılmamalı olan bir müharibədir”.
O, həmçinin prezident Donald Trampı tənqid edərək onun açıqlamalarını cəfəngiyyat adlandırıb:
“Onlar yer üzündən silinəcək deyirdi, sonra isə mən bunu etdim’dedi — bunların hamısı cəfəngiyyatdır”.
Harris İran müharibəsinin nəticələrinə də toxunaraq Rusiyanın bundan faydalandığını iddia edib:
“İran müharibəsində əsas qalib Rusiyadır. Sanksiyalar yumşaldıldı və bu, Rusiyaya əlavə gəlir gətirir”.
O əlavə edib ki, bu proseslər Ukraynaya göndərilməli olan hərbi yardımların da istiqamətini dəyişir.
Harris çıxışını sərt tonla yekunlaşdıraraq Tramp barədə deyib:
“Mən ona sadəcə bir axmaq kimi baxmıram. O, təhlükəlidir. O, təhlükəlidir”.
17:20 08.05.2026
Oxunuş sayı: 26