ABŞ-dən İTTİHAM: İran resursları talayır
ABŞ maliyyə naziri Skott Bessent İranla bağlı sərt açıqlama ilə çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bessent “X” hesabında etdiyi paylaşımda İranı İraqda iqtisadi resursların mənimsənilməsində ittiham edib. O bildirib ki, cinayətkar dəstə kimi, İran rejimi də İraq xalqına məxsus resursları talayır.
Nazirin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi İranın İraqdakı neft gəlirlərindən istifadə edərək ABŞ və onun tərəfdaşlarına qarşı terrorçuluğun maliyyələşdirilməsinə şərait yaratmasının qarşısını almaq niyyətindədir.
Açıqlamada vurğulanıb ki, Vaşinqton bu fəaliyyətlərin qarşısını almaq üçün sanksiya və maliyyə nəzarəti mexanizmlərini davam etdirəcək.
Məsələ ilə bağlı rəsmi İran hələlik rəsmi cavab verməyib. Regionda İran–İraq münasibətləri və enerji resursları ətrafında gərginlik isə diqqət mərkəzində qalmaqda davam edir.
15:15 08.05.2026
Oxunuş sayı: 34