İranda gizli edamlarla bağlı iddialar artır
İranda ölüm hökmlərinin gizli şəkildə icra edilməsi ilə bağlı yeni iddialar gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, ölkədə demək olar ki, hər gün gizli edamlar həyata keçirilir.
Hesabatda bildirilir ki, bir çox hallarda edam olunan şəxslərin ailələrinə məlumat yalnız proses başa çatdıqdan sonra verilir. Bəzi hallarda isə yaxınlarına cəsədlərin təhvil verilməsinə icazə verilmir.
Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, mart ayından indiyədək ən azı 24 nəfər edam olunub. Onlardan 6 nəfərinin isə cəmi iki gün ərzində asıldığı qeyd edilir.
Məlumatda həmçinin yanvar ayında baş vermiş etirazlarla bağlı saxlanılan şəxslərin və müharibə dövründə “casusluq” ittihamı ilə həbs olunan məhbusların ölüm hökmü ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqların artdığı vurğulanır.
15:52 08.05.2026
Oxunuş sayı: 36