Tehran və Ər-Riyad arasında diplomatik dialoq bərpa olunub
Çin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik təsirini artıraraq iki ölkə arasında dialoqun bərpasına vasitəçilik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Son həftələrdə İranın Səudiyyə Ərəbistanına məxsus limanlara hücum etmədiyi bildirilir.
Məlumata görə, Ər-Riyad da Tehrana qarşı ritorik tənqidləri azaldıb və öz hava məkanının İrana qarşı istifadə olunmasına məhdudiyyət qoyub.
Eyni zamanda İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında ilk dəfə telefon danışığı baş tutub.
14:22 08.05.2026
Oxunuş sayı: 54