BƏƏ hava hücumundan müdafiə sistemləri raket və dronları zərərsizləşdirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə vasitələri ölkə ərazisinə yönəlmiş raket və pilotsuz uçuş aparatları hücumlarını zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, eşidilən partlayış səsləri hədəflərin ələ keçirilməsi və məhv edilməsi əməliyyatları ilə bağlı olub.
Raketlərin və PUA-ların kim tərəfindən buraxıldığı isə hələlik açıqlanmayıb.
13:07 08.05.2026
Oxunuş sayı: 45