İraqda ABŞ diplomatik obyektlərinə 600-dən çox hücum edilib
İraqda ABŞ diplomatik obyektlərinə 600-dən çox hücum həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, ABŞ və İsrail tərəfindən başlayan münaqişədən sonra bu hücumlar qeydə alınıb.
ABŞ tərəfi bu hadisələrdən sonra İraq hökumətinə təzyiqləri artırıb. Vaşinqton Bağdaddan ölkədə fəaliyyət göstərən silahlı qruplarla əlaqələrin kəsilməsini tələb edir və bəzi İraq rəsmilərinə İranla əlaqələrə görə sanksiyalar tətbiq edib.
Qeyd edək ki, hücuma məruz qalan obyektlərdən biri ABŞ diplomatları üçün logistika mərkəzi kimi istifadə olunan “Bağdad Diplomatik Dəstək Mərkəzi”dir. Bildirilir ki, mərkəz bir neçə dəfə dron hücumlarına məruz qalıb və sonuncu hücum mart ayının ortalarında baş verib.
12:39 08.05.2026
Oxunuş sayı: 44