Tramp 2026-cı il dünya çempionatının matçına 1000 dollar ödəməyəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının oyununa bilet üçün 1000 dollar ödəmək niyyətində olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp ABŞ–Paraqvay matçına qatılmaq istədiyini desə də, biletin qiymətindən xəbərsiz olduğunu bildirib.
“Orada olmaq istərdim, amma açığını desəm, bu qədər pul ödəməzdim”, – deyə ABŞ prezidenti qeyd edib.
12:22 08.05.2026
Oxunuş sayı: 40