Robert Fiko Moskvaya səfəri zamanı Zelenskidən mesaj çatdıracaq
Slovakiya Baş naziri Robert Fiko mayın 9-da Moskvaya səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskidən mesaj təqdim edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Rastislav Çovaneç məlumat verib.
O bildirib ki, Fiko səfər zamanı Rusiya Prezidenti Vladimir Putindən də müharibənin dayandırılması istiqamətində səylərlə bağlı fikir və məlumatlar ala bilər.
12:00 08.05.2026
Oxunuş sayı: 48