ABŞ 25,8 milyard dollarlıq təcili silah satışını təsdiqlədi
ABŞ Dövlət Katibi Marko Rubio Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ümumi dəyəri 25,8 milyard dollar olan təcili silah satışını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, sözügedən hərbi paketə çox sayda “Patriot” hava hücumundan müdafiə raketləri də daxildir.
Qeyd edək ki, ABŞ hərbi-sənaye kompleksində istehsal gücünün məhdud olması səbəbindən bəzi silahların çatdırılması illərlə çəkə bilər.
09:40 08.05.2026
Oxunuş sayı: 44