Moskva Kiyevi atəşkəsin pozulmasında ittiham edib
Rusiya Müdafiə Nazirliyininin bildirdiyinə görə, ölkənin elan etdiyi atəşkəsin başlanmasından bəri hava hücumundan müdafiə qüvvələri gecə ərzində 264 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, gecə yarısından sonra 20 dron Moskva istiqamətinə yönəlib və məhv edilib. Nazirlik bu hücumların atəşkəs rejiminin pozulması kimi qiymətləndirildiyini açıqlayıb.
09:29 08.05.2026
Oxunuş sayı: 45