Qlobal həyəcan: Dünyada yeni virus sürətlə yayılır
İsraildə Şərqi Avropadan gələn pasiyentdə ilk hantavirus halı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.
Bildirilib ki, xəstəlik ilkin mərhələdə qripə bənzər simptomlarla - yüksək hərarət, halsızlıq və ürəkbulanma ilə özünü göstərir. Daha sonra isə ağciyərlərin ağır zədələnməsinə və tənəffüs çatışmazlığına səbəb ola bilər.
Həkimlər ağır hallarda ölümün bir neçə saat və ya gün ərzində baş verə biləcəyi barədə xəbərdarlıq edir. Mütəxəssislərin sözlərinə görə, virusa yoluxma yalnız çox yaxın təmas zamanı mümkündür.
09:07 08.05.2026
Oxunuş sayı: 69