Paşinyan Ermənistanın Ukrayna ilə müttəfiq olmadığını bildirib
Mən 2022 və ya 2023-cü illərdə deyirdim ki, biz Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyilik.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan Azərbaycanla münasibətlər qurarkən bu bəyannaməni əsas götürür.
O, Ermənistanın Ukraynaya humanitar yardım göndərdiyini xatırladıb.
21:48 07.05.2026
Oxunuş sayı: 55