Fransa: İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil
Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil.
Crossmedia.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib .
O, qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddir və heç bir tərəf onun üzərində nəzarət quraraq fidyə tələb edə bilməz.
Nazir vurğulayıb ki, İranla bağlı sanksiyaların gələcəyi Tehran–Vaşinqton danışıqlarının bərpası və mümkün anlaşma prosesi ilə əlaqələndirilir.
20:25 07.05.2026
Oxunuş sayı: 49