İranın XİN rəhbəri Xameneiyə sui-qəsddə ittiham edilir
İranın “Hizbullah” təşkilatının baş katibi Məhəmməd Baqir Xərrazi “X” hesabında paylaşım edərək, İranın xarici işlər naziri Abbas Əraqçıya qarşı ağır ittihamlar səsləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xərrazi iddia edib ki, Əraqçı mərhum ali lider Seyid Əli Xameneiyə qarşı mümkün sui-qəsd planında rol oynaya bilər.
Onun sözlərinə görə, Əraqçının bir yüksək səviyyəli görüşdən sonra İran liderinin iqamətgahının hədəfə çevrilməsi təsadüf ola bilməz.
Sərt xətt tərəfdarı dairələrə yaxınlığı ilə tanınan bu qrup Əraqçını, həm də, ABŞ və İsrail mövzusunda “yumşaq mövqe” sərgiləməkdə günahlandırıb və çıxışlarında tərəflər arasında fərq qoymağa çalışdığını vurğulayıb.
Daha da sərtləşən Xərrazi hazırkı diplomatik danışıqlara da toxunaraq deyib:
“Əgər hazırkı danışıqlar JCPOA kimi bir öhdəliyə çevrilərsə, küçə etirazları yaratmaqdan və Xarici İşlər Nazirliyini və Pezeşkian administrasiyasını məhv etməkdən bir an belə çəkinməyəcəyik”.
19:48 07.05.2026
Oxunuş sayı: 44