İranla bağlı gərginlik bu məhsulun qiymətinə təsir edib
Hörmüz boğazı ətrafında davam edən geosiyasi gərginlik qlobal enerji bazarlarına təsir göstərməkdə davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran ilə bağlı müharibə və qeyri-sabitlik fonunda kömür bazarında da ciddi dəyişikliklər müşahidə olunur. Məlumata görə, qiymətlərdə daha böyük sıçrayışların baş verə biləcəyi ehtimal edilir.
Bildirilib ki, Asiya ölkələri neftə alternativ axtarışında kömür istehlakını artırmağa başlayıblar. Kömürün Hörmüz boğazından asılı olmaması və Avstraliya kimi daha sabit tədarük marşrutları, eləcə də daxili mədənlər vasitəsilə təmin edilməsi onu daha etibarlı enerji mənbəyi kimi ön plana çıxarır.
Mütəxəssislər bu prosesin enerji bazarında qiymət dəyişkənliyini daha da artıra biləcəyini bildirirlər.
18:24 07.05.2026
Oxunuş sayı: 57