Tramp üçün çətin sınaq: Demokratlar üstünlük qazanır
ABŞ-də Demokratlar 2026-cı il ara seçkiləri öncəsi Senatda səs çoxluğu qazanmaq imkanlarına əvvəlkindən daha nikbin yanaşırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” qəzeti yayıb.
Hesabatda qeyd olunur ki, bu dəyişiklik iki əsas amillə bağlıdır: Donald Trampın reytinqinin nəzərəçarpacaq dərəcədə azalması və İranla müharibənin iqtisadi nəticələri.
Məlumata görə, Qərbi Asiyadakı münaqişədən sonra enerji qiymətlərinin artması, inflyasiya və ABŞ ailələrinə düşən iqtisadi təzyiq daxili siyasi debatların əsas mövzusuna çevrilib.
Demokratlar bu vəziyyəti Tramp administrasiyasının siyasəti ilə əlaqələndirməyə çalışır və seçki kampaniyasında bundan istifadə etməyi planlaşdırırlar.

18:13 07.05.2026
Oxunuş sayı: 39