Ermənistan və Polşa müdafiə sahəsində yeni mərhələyə keçir
Polşa və Ermənistan birgə hərbi təlimlər keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV- i yayıb.
Bu məsələ Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri zamanı Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla keçirilən görüşdə müzakirə olunub.
Tərəflər həmçinin hərbi akademiyalar arasında əməkdaşlıq və iki ölkənin müdafiə sənayesi üzrə təcrübə mübadiləsi imkanlarını nəzərdən keçiriblər.
Bundan başqa, Ermənistanın Varşavadakı səfirliyində hərbi attaşelik açılması planlarının da gündəmdə olduğu bildirilib.
16:14 07.05.2026
Oxunuş sayı: 41