Cənubi Koreya rəsmən “düşmən dövlət” elan edildi
Şimali Koreya parlamenti yeni konstitusiya dəyişikliklərini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Dəyişikliklərə əsasən, Cənubi Koreya ilə birləşmə məsələsi rədd edilir və Seul rəsmi olaraq “düşmən dövlət” kimi elan olunur.
Sənədə görə, Şimali Koreyanın nüvə silahlarının istifadəsi ilə bağlı səlahiyyətlər tam şəkildə ölkə rəhbəri Kim Çen İnə verilir. Həmçinin Pxenyanın nüvə silahlarının qadağan olunması üzrə beynəlxalq müqavilədə iştirak etmədiyi və nüvə arsenalından istifadə hüququna malik olduğu təsdiqlənir.
Yeni dəyişikliklər çərçivəsində Şimal və Cənubun birləşməsi ilə bağlı əvvəlki konstitusiya bəndi ləğv edilib və iki Koreya ayrı dövlətlər kimi təsbit olunub.
Bununla yanaşı, qəbul edilən yeni doktrinada Şimali Koreyanın Rusiya, Çin və İran kimi ölkələrlə əməkdaşlığının prioritet istiqamət olduğu qeyd edilib.
16:07 07.05.2026
Oxunuş sayı: 49