ABŞ Ukrayna silahlarına “yaşıl işıq” yandırdı
Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina bildirib ki, Vaşinqton Ukraynadan silah idxalına tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb və siyahıda yalnız Rusiyanı saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Səfirin sözlərinə görə, qərar Ukrayna istehsalı olan silah, sursat və onların bəzi komponentlərinin ABŞ-a ixracı üçün yeni imkanlar yaradacaq.
O qeyd edib ki, bu addım həmçinin Ukrayna müdafiə sənayesi şirkətlərinin ABŞ bazarına çıxışına mane olan tənzimləyici məhdudiyyətlərin aradan qaldırılmasına şərait yaradacaq.
16:00 07.05.2026
Oxunuş sayı: 46