İran BMT üzvlərini ABŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini dəstəkləməməyə çağırıb
İran BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı ABŞ-ın irəli sürdüyü qətnamə layihəsinə qarşı çıxmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
İranın BMT-dəki Daimi Nümayəndəliyinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bütün üzv dövlətlərdən ədalətli mövqe tutmaları və sənədi dəstəkləməmələri istənilib.
Bəyanatda qeyd olunub ki, Hörmüz boğazı ilə bağlı yeganə həll yolu müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və normal gəmiçilik keçidinin bərpasıdır.
Sənəddə həmçinin ABŞ-ın “gəmiçilik azadlığı” adı altında siyasi məqsədlərlə yeni qətnamə təşəbbüsü irəli sürdüyü iddia olunub.
14:24 07.05.2026
Oxunuş sayı: 57