Yeni antiterror sənədində Avropaya sərt qiymət verilib
ABŞ-nin yeni antiterror strategiyasında Avropa potensial terror təhdidlərinin yarandığı region kimi qiymətləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sənəddə əsas amillərdən biri kimi nəzarətsiz kütləvi miqrasiyanın təhlükəsizlik risklərini artırdığı qeyd olunur.
Strategiya müəllifləri “Qərb mədəniyyəti və dəyərlərinin vətəni” adlandırılan regionda “qəsdən tənəzzül” prosesinin dayandırılmasının vacibliyini vurğulayıblar.
13:35 07.05.2026
Oxunuş sayı: 47