Qalibaf Trampın Hörmüz boğazı ilə bağlı açıqlamasını ələ salıb
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı qərarını tənqid edərək ələ salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qalibaf sosial şəbəkə paylaşımında “Mənə güvən, qardaş” adlı əməliyyatın uğursuz olduğunu bildirib və bundan sonra “Fauxios əməliyyatı”na qayıdıldığını qeyd edib.
Məlumata görə, “Fauxios” ifadəsi “saxta” mənasını verən sözlə ABŞ-ın “Axios” xəbər agentliyinin adının birləşdirilməsindən yaranmış söz oyunu kimi izah olunur.
13:14 07.05.2026
Oxunuş sayı: 43