Latviyada iki pilotsuz uçuş aparatı qəzaya uğrayıb
Latviyanın Silahlı Qüvvələri ölkə ərazisində iki pilotsuz uçuş aparatının (PUA) qəzaya uğradığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, hadisə nəticəsində Rēzekne şəhərində yerləşən neft bazası ərazisində qəzaya uğrayan PUA boş terminala ziyan vurub.
Qurum pilotsuz təyyarələrin mənşəyi ilə bağlı rəsmi açıqlama verməyib. Hadisənin detalları araşdırılır.
13:07 07.05.2026
Oxunuş sayı: 46