Blinken: Ukraynaya ayrılan vəsaitin böyük hissəsi ABŞ-də qalıb
ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-ın Ukraynaya yönəltdiyi maliyyə vəsaitinin böyük hissəsi ölkə daxilində qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, bu vəsait əsasən silahların alınması və hərbi ehtiyatların artırılması üçün ABŞ-da istifadə olunub.
Blinken əlavə edib ki, Ukraynaya dəstək məsələsində Avropa ölkələri ABŞ-dan daha çox yardım göstərir.
12:50 07.05.2026
Oxunuş sayı: 48