Moskvada mobil internet məhdudlaşacaq
Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi mayın 9-da Moskva şəhərində mobil internetə məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, məhdudiyyətlər “ağ siyahı”ya daxil edilən saytlara da şamil olunacaq. Bundan əlavə, paytaxtda SMS mesajlaşma xidmətinin də işləməyəcəyi bildirilir.
Qərarın hansı texniki və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçiriləcəyi ilə bağlı əlavə detallar açıqlanmayıb.
12:42 07.05.2026
Oxunuş sayı: 50