Ukrayna dronları Rusiyanın bir neçə bölgəsinə hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) gecə saatlarında Rusiyanın müxtəlif bölgələrinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Ümumilikdə 347 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Moskva vilayətinə yaxınlaşan 5 PUA-nın zərərsizləşdirildiyi bildirilib. Ukrayna tərəfinə yaxın sosial qruplar isə Moskva vilayətində yerləşən Naro-Fominsk ərazisində hərbi hissəyə hücum edildiyini iddia edirlər.
Tver vilayətində Rjev şəhərinin dron hücumuna məruz qaldığı, bir neçə yaşayış binasına ziyan dəydiyi və 350 nəfərin hündürmərtəbəli binalardan təxliyə edildiyi açıqlanıb.
Rostov vilayətində 12 rayonda 30-dan çox pilotsuz uçuş aparatının vurulduğu qeyd olunur. Tula bölgəsi üzərində isə 14 PUA-nın məhv edildiyi bildirilir.
Çuvaşiyanın paytaxtı Çeboksarıda dron və raket təhlükəsi səbəbindən məktəblər distant təhsilə keçib. Samara bölgəsində isə təhlükəsizlik tədbirləri çərçivəsində ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, məktəb dərsləri təxirə salınıb.
Rusiya Telegram kanallarının məlumatına görə, bu səhər Soçi şəhəri də dron hücumuna məruz qalıb.
11:56 07.05.2026
Oxunuş sayı: 51