Yeni şərtlər gündəmdə: HƏMAS silahı yerə qoymasa, atəşkəs zəifləyir
ABŞ-ın rəhbərlik etdiyi Qəzza zolağı üzrə “Sülh Şurası”nın planına dair yeni məlumatlar yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Bildirilir ki, HƏMAS tərksilah olunmaqdan imtina edərsə, İsrailin atəşkəsə tam riayət etmək öhdəliyi tələb olunmayacaq.
Sənədə əsasən, əgər təqdim edilən plan “ağlabatan müddət” ərzində qəbul edilməzsə, İsrail hərbi əməliyyatları dayandırmaq öhdəliyindən azad ediləcək. Həmçinin belə halda humanitar yardımın fasiləsiz axınının təmin edilməsi tələbinin də yumşaldıla biləcəyi qeyd olunur.
10:47 07.05.2026
Oxunuş sayı: 44