İranla müharibənin nəticələri: Türkiyədə inflyasiya artıb
İranla müharibə və regionda yaranan enerji böhranı Türkiyədə inflyasiyanın ötən ay gözləniləndən daha yüksək artmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” nəşri yayıb.
Məlumata əsasən, enerji qiymətlərinin bahalaşması istehsal və nəqliyyat xərclərini artıraraq ölkədə ümumi qiymət səviyyəsinə ciddi təsir göstərib. Bu isə inflyasiya təzyiqlərinin daha da güclənməsi ilə nəticələnib.
Xüsusilə elektrik enerjisi və təbii qaz tariflərindəki artım həm əhali, həm də biznes subyektləri üçün əlavə maliyyə yükü yaradıb. Bildirilir ki, mövcud vəziyyət Türkiyə hökumətinin iqtisadi böhranı idarə etməsini çətinləşdirən əsas amillərdən birinə çevrilib.

09:53 07.05.2026
Oxunuş sayı: 48