Venesuela ABŞ-dən sanksiyaların ləğvini istəyir
Venesuela prezidenti Delcy Rodriguez ABŞ-li həmkarı Donald Trampa ölkəsinə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi ilə bağlı çağırış edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, o bildirib ki, Vaşinqtonla formalaşan münasibətlər fonunda sanksiyaların dərhal aradan qaldırılmasını istəyir.
Rodriguez həmçinin qeyd edib ki, aprelin sonlarında Venesuelada keçirilən ümummilli aksiyalar zamanı minlərlə insan küçələrə çıxaraq ölkəyə qarşı iqtisadi blokadanın dayandırılmasını tələb edib.
07:15 07.05.2026
Oxunuş sayı: 49